İki polis zabiti güllələnib - Kaliforniya

 11:05 13.09.2020     300

ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb.

Redaktor.az bildirir ki, bu barədə Los Anceles şəhərinin polis orqanının rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Məlumata görə, şerifin iki müavini şənbə günü edilən hücum zamanı çoxsaylı güllə yarası alıb.

Zabitlərin vəziyyətinin ağır olduğu bildirilir.

Onlar xidmətdə olarkən avtomobilin içərisində güllələniblər.

Hadisənin kimlər tərəfindən törədilməsi hələ ki, müəyyən edilməyib. //APA