ABŞ-da atışma olub, 2 nəfər ağır yaralanıb

 10:37 13.09.2020     233

ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib.

Məlumatda deyilir: "Şerifimizin iki müavinin Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".

Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar. Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən