Rusiyada son sutkada 5 mindən çox... - COVID-19

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 5 449 nəfər artıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Rusiyada son 24 saatda 94 pasiyent vəfat edib, 2 690 nəfər sağalıb.
Sözügedən ölkədə ümumilikdə 1 062 811 nəfərdə koronavirus aşkarlanıb, 18 578 nəfər dünyasını dəyişib, 876 225 nəfər sağalıb. 168 008 pasiyent müalicə olunur. //Qafqazinfo