Ermənistanda COVID-19-la bağlı son statistika

 16:29 13.09.2020     88

Ermənistanda son sutka ərzində 187 nəfər koronavirusa yoluxub. 

Redaktor.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 45 862 yoluxma faktı qeydə alınıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 5 nəfər artaraq 916-ya çatıb. Ümumilikdə 41 659 pasiyent müalicə olunaraq sağalıb. 3 006 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistan hökuməti koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin bitməsi ilə əlaqədar 2021-ci il yanvarın 11-dək ölkədə karantin rejimi tətbiq etmək qərarına gəlib.