İsraildən COVID-19-la bağlı Yeni Qərar

İsrail hökumətinin yeni qərarına əsasən sentyabrın 18-dən etibarən ölkə üzrə küçəyə çıxmaq qadağası tətbiq olunacaq.
Redaktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, küçəyə çıxmaq qadağası market və apteklər istisna olmaqla restoran, otel, mağazalar, mədəniyyət və əyləncə məkanlarını əhatə edəcək. Bundan başqa, bir çox ictimai və özəl iş yerləri bağlanacaq və ya onlayn qaydada fəaliyyət göstərəcək.
Həmçinin, özəl dərslər istisna olmaq, bütün təhsil müəssisələri fəaliyyətini dayandıracaq və distant təhsil sisteminə keçiləcək.
Qeyd edək ki, mövcud vəziyyətdə ölkə prezidenti Benyamin Netanyahuya qarşı etiraz aksiyaları da davam etməkdədir. Prezidentin evi qarşısında toplaşan kütlə onu korrupsiya əməlləri ilə ittiham edərək, istefasını tələb edir.
Lalə Cəfərli / Redaktor.az