Əfqanıstanda silahlı hücum, 5 polis öldü

Əfqanıstanın Kapisa vilayətində Teqab rayon mərkəzinə "Taliban" terroçularının silahlı basqını olub.
Redaktor.az xəbər verir ki, nəticədə 5 polis ölüb, 7 təhlükəsizlik işçisi yaralanıb. Qarşıdurma zamanı "Taliban" döyüşçülərinin də itki verdiyi bildirilir.
Əfqanıstan Müdafiə Nazirliyi “Taliban” silahlılarının son 24 saatda ölkənin 15 vilayətində hücum təşkil etdiklərini açıqlayıb. //Qafqazinfo