Türkiyənin Hakkari vilayətindən şəhid var

 23:35 13.09.2020     205

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi “İldırım-2 Ciko” antiterror əməliyyatı çərçivəsində bir hərbçi şəhid olub.

Redaktor.az-ın məlumatına görə, Daxili Qoşunların sıravi hərbi qulluqçusu Hakkari vilayətinin Yüksekova bölgəsində mağaraya sıxışdırılan terrorçularla atışmada həlak olub.

Əməliyyat zamanı iki terrorçu öldürülüb. //Trend