Tramp bu şəxslərə edam cəzası veriləcəyini açıqladı

 07:29 14.09.2020     325

Xəbər verdiyimiz kimi, bu gün Kaliforniyada naməlum şəxslər polisləri güllələyib.

ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı "Twitter" hesabında fikir bildirib. O günahkarlara ağır cəza veriləcəyini vəd edib:

“Yaralı polislər ölsələr, cinayətkar üçün tezliklə məhkəmə olacaq və edam cəzası veriləcək. Bu cəza cinayətləri dayandırmağın tək yoludur”. //Paralel.az