İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

 18:15 14.09.2020     346

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb.

Redaktor.az-ın məlumatına görə, Santander şəhərində xəstəxanaların birində “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək. //Trend