Afrində terror hücumu baş verib - ölü və yaralılar var - ANBAAN VİDEO

Suriyanın şimalında yerləşən Afrin bölgəsində terror hücumu həyata keçirilib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, "Zeytin Dalı" əməliyyatı ilə terrordan təmizlənən Afrində, bu dəfə şəhərin mərkəzində avtomobilə yerləşdirilən bomba partladılıb.
İlkin məlumatlara görə, hücum nəticəsində 3 nəfər ölüb, 32 nəfər yaralanıb.
Bombalı hücumların YPG / PKK tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Lalə Cəfərli / Redaktor.az