Fransanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

 23:25 14.09.2020     377

Fransanın 1974-1981-ci illərdə prezidenti olan Valeri Jiskar d,Estyen Parisdə xəstəxanaya yerləşdirilib.

 Redaktor.az xəbər verir ki, sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinə səbəb ağciyər infeksiyası olub.

Məlumata əsasən, sözügedən prezident nəfəs almaqda çətinlik çəkirmiş, hazırda o reanimasiyadadır. //Trend