Ticarət mərkəzi yanıb - Livan

 12:02 15.09.2020     128

Livanın paytaxtı Beyrutun mərkəzi hissəsində güclü yanğın olub.

Redaktor.az-ın məlumatına görə, yanğın ticarət mərkəzinin binasında başlayıb.

Hadisə nəticəsində binanın fasadına ciddi ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Yanğınsöndürənlər yanğının qarşısını ala bilib.

Həmin binanı məşhur memar Zaha Hadidin dizayn etdiyi bildirilib.

Qeyd edək ki, son iki ay ərzində Beyrut limanında iki güclü yanğın olub. //Trend