ABŞ, Avropa və Yaponiya neft ehtiyatlarını azaldıb - 30 milyon barel

 18:59 15.09.2020     293

İnkişaf etmiş ölkələrin ticari neft ehtiyatları, ilkin məlumatlara görə, beş illik ortalamadan çox olmasına baxmayaraq, avqust ayında azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

Neft ehtiyatlarında azalma əsasən üç bölgədə müşahidə edilir. ABŞ-da sənaye ehtiyatları 19,3 milyon barel, Avropada 9,8 milyon barel, Yaponiyada 1,3 milyon barel azalıb.

Eyni zamanda, iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin ticarət ehtiyatları 13,5 milyon barel artaraq 3,225 milyard barelə çatıb.