Mübariz Mənsimov məhkəməsi uzadıldı - bu tarixə qədər

 20:33 15.09.2020     83

Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Redaktor.az xəbər verir ki, məhkəmədə Mübariz Mənsimov ifadə verib və ona qarşı olan ittihamları qəbul etməyib.

Əlavə dəlillərin toplanılması və məhkəməyə sənədlərin təqdim edilməsi üçün Mübariz Mənsimovun məhkəməsi dekabrın 9-nə qədər uzadılıb.