İrlandiya parlamenti fəaliyyətini müvəqqəti dayandırıb

 21:45 15.09.2020     57

İrlandiyada ölkə parlamenti koronavirusa görə bir həftəlik bağlanıb.

Redaktor.az-ın məlumatına görə, bu qərar İrlandiya səhiyyə naziri Stefen Donellinin bu gün özünü pis hiss edərək koronavirus testi verməsindən sonra alınıb.

Səhiyyə nazirinin test verməsindən sonra bildirilib ki, ölkə parlamenti bir həftəlik bağlı qalmalı və bütün kabinet üzvləri özlərini təcrid etməlidir.

Xatırladaq ki, S.Donelli bu gün səhər saatlarında İrlandiyanın Baş naziri və baş nazirin müavini ilə birgə mətbuat konfransı keçirib. //APA