Venesuela ABŞ təyyarəsini vurdu

 10:56 16.09.2020     230

Venesuela hərbçiləri ölkə sərhədini qanunsuz keçən ABŞ təyyarəsini vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Venesuelanın Daxili İşlər naziri Nestor Reverol məlumat yayıb.

Onun sözlərinə görə, vurulan təyyarə göyərtədə narkotik daşıyıb.

Qeyd edək ki, 2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava sərhədlərini pozan narkotik mafiyalarının bütün təyyarələrini vurmağa icazə verib. Sözügedən qərarın təşəbbüskarı isə Maduronun sələfi Uqo Çavez olub. //Axar.az