Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq

 17:46 16.09.2020     255

Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, vaksin tədarükü 2020-ci ilin sonunadək başlaya bilər. Bu, koronavirus vaksininin Hindistandakı kliniki sınaqlarının nəticəsi və qeydiyyatından asılı olacaq.

Xatırladaq ki, Rusiya avqustun əvvəlində dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi. //Trend