"Salli" ABŞ-ın iki ştatını vurdu: 500 min insan... - VİDEO

ABŞ-ın Florida və Alabama ştatlarını cənginə alan "Salli" qasırğası bir nəfərin həyatına son qoyub.
Redaktor.az xəbər verir ki, bu qasırğanın ilk qurbanıdır. Daha bir nəfər isə itkin düşüb. Florida ştatında qasırğa hələ də davam edir. Sözügedən ştatda fövqəladə vəziyyət elan edilib.
Sürəti saatda 165 kilometrə çatan külək evlərin damını dağıdıb. Elektrik xətləri kəsilib. Nəticədə sahilyanı şəhərlərdə yaşayan 500 mindən çox sakin elektriksiz qalıb, bir çox rayonlarda isə yerli sakinlər evakuasiya edilib.
Daşqınlar nəticəsində bir mərtəbəli yaşayış binaları su altında qalıb. Nəqliyyatın hərəkəti iflic olub.
Zöhrə Pənah / Redaktor.az