Baş nazirin müavini koronavirusdan öldü - Özbəkistan

 14:35 20.09.2020     966

Özbəkistan Baş Nazirinin müavini Uktam Barnoyev vəfat edib.

Redaktor.az xəbər verir ki, o, koronavirusdan dünyasını dəyişib. 56 yaşlı Barnoyevin Covid-19-dan ölməsi hökümət tərəfindən təsdiqlənib.

Qeyd edək ki, nazir müavini iyul ayında xəstəxanaya yerləşdirilmişdi. //Qafqazinfo