İraqda İŞİD lideri ələ keçirilib

 16:25 20.09.2020     3403

İraqın güc strukturları Bağdadda bir neçə terror aktının qarşısını alaraq, İŞİD qruplaşmasının rəhbərlərindən birini ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tutulan terrorçu paytaxtda şiələrin yürüşünə hücum təşkil etmək və müxtəlif teraktlar törətmək niyyətində olub. //Axar.az