Rusiyada rekord sayda yoluxma qeydə alındı

 17:47 20.09.2020     194

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 148 nəfər artıb. Bu, iyulun 18-dən indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 79 pasiyent vəfat edib.

Ümumilikdə Rusiyada 1 103 399 nəfərdə koronavirus aşkarlanıb, 19 418 nəfər dünyasını dəyişib, 909 357 nəfər sağalıb, 174 624 pasiyent müalicə olunur. //Qafqazinfo