Minskdə etiraz aksiyası - Saxlanılanlar var

 18:05 20.09.2020     150

Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən icazəsiz etiraz aksiyalarında 10-dan çox insan saxlanılıb.

Redaktor.az xəbər ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.

“Minskdə artıq on nəfərdən çox saxlanılan var. Hamısı icazəsiz aksiyalarda iştirak etdiyi üçün. İnsanlar qeydiyyatdan keçməmiş simvolikadan istifadə edirlər”, - o deyib.

Çemodanova əlavə edib ki, bazar günü ölkənin bir neçə regionunda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyət nəzarət altındadır.

“Belarusun bir sıra bölgələrində, o cümlədən Qrodno, Moqilyov, Soliqorsk, Lida, Minskdə etiraz aksiyaları keçirilir, onların hamısı icazəsizdir, onlarda 50-dən 300-ə qədər insan iştirak edir, daha çox etirazçı Minskdə çıxıb”, - Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib. //Qafqazinfo