ABŞ-da təyyarə qəzası: pilot və sərnişinlər öldü

 10:42 21.09.2020     242

ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində pilot və 3 sərnişin həlak olub.

Ostindən Luiziana ştatına hərəkət edən Piper PA-46 təyyarəsinin eniş zamanı qəzaya uğradığı bildirilir. Hadisə yerinə əməliyyatçılar cəlb edilib, qəzanın baş vermə səbəbləri araşdırılır. //Axar.az