Ermənistanda ölənlərin sayı 938-ə yüksəldi - COVID-19

 11:03 22.09.2020     210

Ermənistanda daha 117 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 min 667-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 938-ə çatıb. İndiyədək 42 min 676 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3765 aktiv koronavirus xəstəsi var. //Report.az