Ermənistanda ölənlərin sayı 940-ı ötdü - COVID-19

 11:10 23.09.2020     310

Ermənistanda daha 210 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 min 877-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 942-yə çatıb. İndiyədək 43 min 26 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3617 aktiv koronavirus xəstəsi var. //Report.az