Rusiyaya getmək istəyən ermənilər aclığa başlayıb

 12:37 23.09.2020     394

Yerevanda “Rusiyaya istəyirəm” adlı aksiyanın üzvləri aclığa başlayıb.

Redaktor.az-ın məlumatına görə, aksiyada 20 nəfər iştirak edir. İştirakçılar arasında qadınlar da var.

Onlar Rusiyaya reyslərin açılmasını tələb edir. Qeyd olunur ki, ölkənin baş naziri Nikol Paşinyan qrupun nümayəndələrini qəbul edib. Aksiya iştirakçıları Rusiyaya gedənədək aclığın davam edəcəyini bildiriblər.

Qeyd edək ki, sentyabrın 21-dən başlayaraq Rusiya Avrasiya İqtisadi İttifaqının üzv ölkələri üçün hava məkanını açsa da, bu qərar Ermənistana şamil olunmayıb. //Trend