Şotlandiyada 124 tələbə COVID-19-a yoluxdu - digər 600 nəfər isə...

 02:12 24.09.2020     279

Şotlandiyanın Qlazqo Universitetinin 600-dan çox tələbəsi koronavirusa görə özünü təcrid etməli olub.

Redaktor.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Məlumatda indiyənəcən 124 tələbənin test nəticəsinin müsbət olduğu bildirilib. Qeyd edilib ki, bu rəqəm böyük ehtimalla daha da arta bilər:

"Hazırda universitet yataqxanalarında 600-dan çox tələbə koronavirusa görə özünü təcrid edir. Qaydaları pozan tələbələr universitetdən kənarlaşdırılacaq", - deyə universitet rəhbərliyi bildirib.

Tələbələrin koronavirusa 12-14 sentyabr tarixləri arasında yeni universitet ilinin başlaması münasibətilə öz aralarında keçirdikləri sosial yığıncaqlarda yoluxduqları güman edilir. //APA