SON DƏQİQƏ: İran ABŞ gəmilərini nişan aldı - MÜHARİBƏ TƏHLÜKƏSİ

 12:28 24.09.2020     1451

Dəfələrlə müharibə həddinə çatan ABŞ və İran arasında münasibətlər yenidən gərginləşib. 

Redaktor.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun pilotsuz uçuş aparatları (PUA) ABŞ-ın "USS Nimitz" təyyarədaşıyan gəmisini gəmisini və onu müşayiət edən donanmanı Hörmüz boğazından Fars körfəzinə qədər izləyib.

PUA-lar tərəfindən çəkilən görüntülər İran mətbuatı tərəfindən yayımlanıb.

Rəsmi tehran ABŞ ordusunun döyüş gəmilərinin Fars körfəzinə daxil olmasının beynəlxalq hüquqa zidd olduğunu iddia edib.

Qeyd edək ki, bu ayın əvvəlində İran və ABŞ pilotsuz təyyarələri eyni bölgədə üz-üzə gəlib. 

Şəfəq Samed / Redaktor.az