İspaniyada metro stansiyalarını su basdı - SƏBƏBİ...

 20:38 24.09.2020     397

İspaniyanın paytaxtı Madriddə yağan aramsız yağış şəhər metropoliteninin işinə ciddi təsir göstərib.

Redaktor.az-ın məlumatına görə, yağış metro qatarlarının hərəkətində fasilələrə səbəb olub. Bir neçə stansiya suyun altında qalıb.

Metro stansiyalarına giriş-çıxış dayandırılıb.

Bundan başqa, leysan şəhərətrafı elektrik qatarlarının işinə təsir göstərib. Dəmir yollarının müəyyən hissələri hərəkət üçün tam bağlanıb. //Trend