Koronavirusdan ölənlərin sayı artdı - Türkiyə

 23:46 24.09.2020     566

Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər ölüb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 113 min 317 şübhəli koronavirus testindən keçib, onlardan 1721-nin cavabı pozitiv çıxıb, 1241 xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı isə 1573 nəfərdir. 

Türkiyədə ümumilikdə 309 min 790 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 271 min 964 nəfər sağalıb, 7785 nəfər ölüb.