İsrail xaricə uçuşları dayandırdı

 20:05 25.09.2020     265

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” İsrailin Nəqliyyat naziri Miri Reqevə istinadən məlumat yayıb. Nazir bildirib ki, 25 sentyabradək biletləri olanların ölkədən çıxışına məhdudiyyət qoyulmur. Ancaq sonrakı tarixlərə olan biletlərin istifadəsinə icazə verilməyəcək. Bununla belə, xaricdəki İsrail vətəndaşları ölkələrinə məhdudiyyətsiz qayıda bilərlər.

Qeyd edək ki, İsrail sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejimini yenidən bərpa edib. İki həftə sinaqoqlar, bazarlar bağlı olacaq, ictimai nəqliyyat marşrutlarının sayı azaldılacaq. //Qafqazinfo