Ölkə prezidenti əməliyyat olundu - Braziliya

 02:14 26.09.2020     285

Bir müddət əvvəl koronavirusdan sağalan Braziliya Prezidenti Jair Bolsonaru böyrək daşı əməliyyatı keçirib.

Redaktor.az bildirir ki, bu barədə xarici KİV xəbər verib.

“Prosedur ağırlaşmalar olmadan həyata keçirilib. Xəstə sabit vəziyyətdədir”, - Braziliyanın Rabitə Nazirliyinin məlumatında deyilir.

Əməliyyat ümumi anesteziya altında və lazer avadanlıqlarından istifadə etməklə həyata keçirilib. //Qafqazinfo