Dərəyə yıxılan uşaq faciəvi şəkildə öldü - FOTO

 14:47 26.09.2020     278

Türkiyənin Bolu bölgəsində dəhşətli hadisə baş verib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, dostları ilə gəzməyə çıxan 14 yaşlı İlker Özkan dərəyə yıxılıb.

Sudan üzərək çıxmağa çalışan uşağın ayağı anidən yosunlara dolanıb və o, suda yoxa çıxıb.

Qəzadan sonra, axtarış-xilasetmə qüvvələri tərəfindən axtarış aparılıb. Lakin, Özkanı xilas etmək mümkün olmayıb. 

Sözügedən uşağın cansız bədəni suyun 5 metr dərinliyindən tapılıb və morqa təhvil verilib.

Lalə Cəfərli / Redaktor.az

 

2222222