“Ermənilərə təslim olmağı tövsiyə edirəm” - Hərbi ekspert

“Türkiyə və İsrail raketlərinin dəqiqliyi +/- 1 metrdir. Onlar erməni əsgərlərinin qazdığı hər kiçik dəliyi vururlar”.
Redaktor.az xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke "Twitter"dəki hesabında yazıb:
“Bu cür döyüşə qarşı müdafiə imkanınız yoxdursa, bütün ordunu fəda etməkdənsə, təslim olmalarını tövsiyə edirəm”. //Report