Son sutkada 71 nəfər vəfat edib - COVID-19 / Türkiyə

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 71 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 min 131 şübhəli koronavirus testindən keçib, onlardan 1723-nün cavabı pozitiv çıxıb, 1401 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1428 nəfər olub.
Türkiyədə ümumilikdə 345 min 678 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9224 nəfər ölüb. //APA