SON DƏQİQƏ: Qardaş ölkədən üzücü xəbər var - TƏƏSSÜF...

 11:43 21.10.2020     4641

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var.

Redaktor.az-ın məlumatına görə, Kəraçi şəhərinin cənubunda, Kəraçi Universitetinə yaxın ərazidə yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb. 

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Partlayışın baş vermə səbəbi hələlik məlum deyil, araşdırılma aparılır.  //APA