Son sutkada koronavirusdan 335 nəfər ölüb - İran

 15:16 23.10.2020     407

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 335 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 31 985 nəfərə yüksəlib.

Ölkədə son 24 saat ərzində 6 134 nəfər koronavirusa yoluxub. İranda indiyədək COVID-19-a yoluxanların sayı 556 891 nəfərə çatıb.

İndiyədək 446 685 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcısı olan 4 933 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.