SON DƏQİQƏ: Paşinyan hər an devrilə bilər: - İrəvanda ərzaq qıtlığı...

 13:29 25.10.2020     3551

“Bu gedişatla yaxın zamanlarda Ermənistana qayıdanların sayı 100 mini ötəcək. Bu da onsuz da çətin durumda olan Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salacaq”.

Redaktor.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

“Müharibədə 1 milyard dollardan çox hərbi texnika itirən, ötən 15 gün ərzində hərbiyə ən azı  o qədər də vəsait xərcləyən Ermənistanın iqtisadiyyatını qaçqınların saxlanması üçün tələb olunan əlavə xərclər daha pis duruma salır. Bir tərəfdən də pandemiya sahəsində hər gün rekord təzələyən ölkə kütləvi sürətdə virusa yoluxmaqdadır, təkcə dünən infeksiya aşkarlananların sayı 2472 nəfər olub, ötən  gün bu səbəbdən 14 nəfər ölüb.

Bu ilə nəzərdə tutulan 4 milyard dollarlıq büdcəni ÜDM-də 2,3 faiz kəsirlə proqnozlaşdıran Ermənistanda hazırda büdcə kəsiri 5,4 faizə çatıb, xarici borclarının ÜDM-də payı 60 faizi ötüb. Ölkədə rəsmi işsizlik səviyyəsi 20 faizin üzərindədir, bu səbəbdən xüsusilə də gənclərin miqrasiyası artır. Bu vəziyyətlə ölkəni fəlakətə aparan siyası rəhbərlik hərbi cinayətlərindən və yalançı təbliğatlarından da əl çəkmir.

Hesab edirəm ki, bu gedişata Ermənistan iqtisadiyyatı davam gətirə bilməyəcək, bu ilin sonuna defolt vəziyyətinə düşəcək”, - deyə ekspert bildirib.

Ekspert Dağlıq Qarabağdan sürətlə Ermənistana qayıdanlar haqda da danışıb:

“Dünən ABŞ-dan əliboş qayıdan, Putinin çıxışından sonra məyus olan, CNN kanalına müsahibəsində məşhur aparıcı Kristian Amanpourun sərrast sualları qarşısında aciz qalan Ermənistanın xarici işlər naziri açıqlama verib ki,  90 min Qarabağ ermənisi Ermənistana gələrək onlara sığınıb. Açıqlanan rəsmi məlumatlara inansaq, Dağlıq Qarabağın erməni əhalisi 146 min nəfər olub. Belə çıxır ki, Qarabağda hələ 55 min nəfər əhali qalır. Statistik məlumat göstərir ki, Qarabağın erməni əhalisinin 55,2 mini Xankəndidə, 24,3 mini Xocavənddə, 19,9 mini Ağdərədə, 18,1 mini Əsgəranda, 13,6 mini Hadrutda, 9,3 mini Laçın-Qubadlı-Zəngilan ərazisində, 5,4 mini Şuşada, 3,1 mini Kəlbəcərdə yaşayıb.

Yenilməz Azərbaycan Ordusu Xankəndi-Şuşa-Lacın-Gorus-Sisian  yolunu tezliklə nəzarətə götürəndən sonra ermənilərin Qarabağdan çıxması üçün yeganə yolu Ağdərə-Kəlbəcər-Göycə qalır. Əslində onlar və bizim üçün mümkün olan variantlar arasında ən yaxşısı ermənilərin tez bir zamanda gəldikləri yerə qayıtmasıdır”.

Mahir Xəttab \ Redaktor.az