SON DƏQİQƏ: Türkiyədən üzücü xəbərlər gəlir - Binalar dağılıb və... / FOTO

 17:19 30.10.2020     946

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, zəlzələ nəticəsində bir neçə yaşayış binası dağılıb.Hazırda xilasedicilər ərazidə axtarış-xilasetmə işlər aparır.

Qeyd edək ki, Bakı vaxtı ilə 15:54-də qeydə alınan yeraltı təkanlar 6,8 bal gücündə olub. 

Zəlzələnin ocağı Seferhisar sahilləri, dərinliyi isə 16,54 km-dir.

Ərazidə 3,4 və 4,7 bal gücündə daha 12 yeraltı təkan qeydə alınıb.