Nikol Paşinyan ABŞ səfirliyində gizlənir? - Hər yerdə axtarılır və...

 11:10 13.11.2020     250

Ermənistanın ağır məğlubiyyətindən sonra Baş nazir Nikol Paşinyan yoxa çıxıb. İndi ölkə mətbuatı onun harada olmasını araşdırır.

Redaktor.az xəbər verir ki, bəzi mənbələr N.Paşinyanın həyat yoldaşı və oğlu ilə birgə Müdafiə Nazirliyində gizləndiyini, bəziləri isə İrəvandakı ABŞ səfirliyinə sığındığını bildirir. "Grapark" qəzeti "Paşinyanın harada olduğunu bilmək xalqın ən təbii haqqıdır" ifadəsini işlədib. "Politik" adlı xəbər saytı isə onun iki qızının bir neçə  həftə əvvəl Kanadaya getdiyini iddia edib. 

Qeyd edək ki, N.Paşinyan, ölkə xaricində də tənqidlərin hədəf nöqtəsidir. Onu tənqid edənlər arasında erməni diasporunun simalarından biri olan Marqarita Simonyan da var. Simonyan öz sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib ki, İrəvanın müharibədə məğlub olmasında ən böyük məsul şəxs N.Paşinyandır.

Şəfəq Samed \ Redaktor.az