Misirdə helikopter qəzası - Ölən var

Misirin Cənubi Sinay bölgəsində helikopter qəzası baş verib.
Redaktor.az xəbər verir ki, bölgədəki sülhməramlı kontingetin üzvü olan 7 hərbçi həlak olub. Onlardan 5-i ABŞ, biri Fransa, biri isə Çexiya vətəndaşıdır.
Qəzaya helikopterdə yaranmış texniki nasazlığın səbəb olduğu qeyd edilir. //Oxu.az