Məhkəmə də Paşinyana qarşı çıxdı - Müxalifət lideri azad edildi

İrəvanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.
Redaktor.az xəbər verir ki, bunu siyasətçinin vəkili bildirib. Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib.
Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb. //Trend