Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasında GÖRÜŞ

 15:10 13.11.2020     207

Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız: ”Tarixi qələbəmiz qarşımızda yeni vəzifələr qoyur” Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

Redaktor.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və qeyd edib ki, rəşadətli Ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş bu möhtəşəm qələbə bundan sonra dünya azərbaycanlılarının qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur:

"Azərbaycan diasporunun əvvəllər əsas vəzifələrindən biri ölkəmizin haqq səsini dünyaya çatdırmaq idisə, artıq hədəflərimiz və fəaliyyət istiqamətimiz dəyişir. Bundan diqqətə çatdırıb ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu təhdid etməyə başlayıblar, lakin mən öz mövqeyimdən əl çəkməyəcəyəm. Bütün beynəlxaq ictimaiyyətin bildiyi kimi Qarabağ Azərbaycandır, bu gün Azərbaycan bayrağının Şuşa şəhərində və Ermənistanın işğalından azad edilmiş digər torpaqlarında dalğalandırılması qürurvericidir", F.Muradov bildirib.

Görüşdə çıxış edən Niderland Parlamentinin deputatı Tunahan Kuzu da bu tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.