İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

 18:18 13.11.2020     71

Ermənistan müxalifəti baş naziri Nikol Paşinyanın istefası tələbi ilə paytaxt Yerevanın mərkəzində aksiya keçirir.

Redaktor.az xəbər verir ki, Ermənistan müxalifətinin lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” parlament fraksiyasının rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Xüsusi İstintaq Komitəsinə çağırılıb.

Mitinq təşkilatçıları Dağlıq Qarabağ üzrə üçtərəfli razılşamaya etiraz edirlər.

Qeyd edək ki, noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanat imzalayıb. //Report