“PayPal”da kriptovalyuta platformu açılır

 06:21 14.11.2020     47

“PayPal Holdings” ödəniş şəbəkəsi ABŞ istifadəçiləri üçün kriptovalyuta platformu istifadəyə verdiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, son həftələr məhdud dairədə sınaqları keçirilən yeni sistem vasitəsilə istifadəçilər ayrıca əlavədə kriptovalyuta ala, sata, saxlaya biləcəklər. İlkin olaraq bitkoin, efir (ethereum), bitkon cash, laytkoin ilə əməliyyatlar aparmaq olacaq.

Qeyd edək ki, oktyabr ayının sonunda əlavədə kriptovalyuta alış-verişi funksiyasını açacaqlarını bildirmiş “PayPal” gələn il bunu “Venmo” platformu və bəzi beynəlxalq platformlarda işlək etmək niyyətindədir. Həmçinin 2021-ci ilin əvvəlindən “PayPal” istifadəçiləri onlayn bazarlıq üçün kripto valyuta istifadə edə biləcəklər. //Report