PKK-nın əsas terrorçularından biri öldürüldü

 19:14 15.11.2020     318

Türkiyədə PKK terror təşkilatının bir nömrəli isminin öldürülməsi məlum olub.

Redaktor.az-ın məlumatına görə,  PKK-nın “Yılmaz” kod adlı terrorçu İsmail Sürgeç 10 noyabrda öldürülərək zərərsizləşdirilib.

O, PKK-nın “Dersim əyalətinin “komandiri” olub və Tuncelidə axtarışı üçün başına 10 milyon Türk lirası qoyulub.

İ.Sürgec bir çox terror hücumlarına rəhbərlik etməklə və PKK-dan qaçanları öldürməklə tanınıb. //APA