Səhiyyə naziri koronavirusa yoluxdu - Ukrayna

 05:14 16.11.2020     48

Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində bildirib.

“Dostlar, bütün ehtiyata və təhlükəsizlik qaydalarına riayət olunmasına baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Mən distant işləyəcəyəm, gündəlik brifinqləri buradan keçirəcəyəm”, - deyə Stepanov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirusa yoluxması barədə xəbər verilmişdi.