Boris Conson özünü təcrid edib

 08:57 16.11.2020     286

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Baş nazir təlimatlara riayət edərək özünü təcrid edib. O Dauninq-stritdə işini davam etdirəcək, o cümlədən koronavirus pandemiyasına qarşı hökumətin fəaliyyətinə rəhbərlik edəcək. Baş nazir özünü yaxşı hiss edir və COVİD-19 simptomları müşahidə edilmir". //Trend