Koronavirusla bağlı SON STATİSTİKA

 10:13 16.11.2020     33

Dünyada 54 mln. 818 min 4 nəfərdə koronavirus aşkar edilib.

Redaktor.az xəbər verir ki, virusdan 1 mln. 324 min 526 xəstə ölüb, 38 mln. 140 min 211 nəfər sağalıb.

Asiyada 15 mln 84 min 75, Avropada 13 mln 944 min 339, Şimali Amerikada 13 mln. 400 min 932, Cənubi Amerikada 10 358 067, Afrikada isə 1 mln. 987 min 732 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (11 mln. 367 min 214 nəfər), Hindistan (8 mln. 845 min 617 nəfər), Braziliya (5 mln. 863 min 093 nəfər), Fransa (1 mln. 981 min 827 nəfər) və Rusiyadır (1 mln. 925 min 825 nəfər).

İranda 762 min 68, Türkiyədə 414 min 278, Ermənistanda 117 min 337, Gürcüstanda isə 79 min 678 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 75 min 688 nəfərin 967-si ölüb, 55 min 150-si sağalıb.