Rusiyada daha 303 nəfər COVID-19-dan ölüb

 11:58 16.11.2020     165

Rusiyada son bir gündə daha 22 778 nəfərə COVID-19 diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 948 603 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 303 nəfər artaraq 33 489-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 453 849 nəfər sağalıb. //Report